Yeni nəşrlər
Lüğətçilik sahəsində vacib addım
“İngiliscə-Azərbaycanca şəxs adları lüğəti”
Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Mayil Yolçu oğlu İsmayılovun “İngiliscə-Azərbaycanca şəxs adları lüğəti” (Mingəçevir, 2020) kitabı nəşr olunub.
Qeyd etmək lazımdır ki, indiyə qədər respublikamızda ingilis şəxs adlarının düzgün yazılışına dair ayrıca, irihəcmli lüğət hazırlanmamışdır və adı çəkilən lüğət bu sahədə ilk təşəbbüs kimi qiymətlidir.
Lüğətdə ingilis şəxs adlarının qeydə alındığı leksikoqrafik mənbələrdən, tərcümə əsərlərindən və mətbuat materiallarında toplanmış, təxminən 3 mindən artıq şəxs adının transkripsiyası və düzgün yazılışı verilmişdir.
Kitabın elmi redaktoru ADU-nun İngilis dili və ölkəşünaslıq kafedrasının mərhum baş müəllimi Lətifə Məmməd qızı Süleymanova, rəyçilər ADU-nun İngilis dilinin leksikologiyası kafedrasının dosenti Vahid Salman oğlu Ərəbov (Türksoy) və MDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Vəfa Eldar qızı Məhərrəmovadır.
Yeni nəşr şagird və müəllimlər, ali məktəblərin magistrantları, tələbə və pedaqoqlar, dilçi alimlər, jurnalistlər, müstəqil dil öyrənənlər, ümumiyyətlə geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.