2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarında 648 bal toplamış Şəmsiyyə Mustafayevanın seçimi Mingəçevir Dövlət Universitetidir. Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyi fərqlənmə attestatı ilə bitirən Şəmsiyyə MDU-da Fizika müəllimliyi ixtisası üzrə ali təhsil almaq arzusundadır. Şəmsiyyə rektor Şahin Bayramovun qəbulunda olub. Görüşdə rektor gəncimizi, onun ailə üzvlərini və müəllimlərini uğurlu nəticə münasibətilə təbrik edib, seçiminə görə Şəmsiyyəyə təşəkkürünü bildirib.
Yüksək ixtisaslı mütəxəssis və layiqli vətəndaş olmaq istəyən gənclər üçün MDU-da bütün imkanlar mövcuddur. MDU yeni dövrün universitetinə çevrilir!