Mingəçevir Dövlət Universitetinin əməkdaşı Ramin Məmmədovun Azərbaycan Respublikasının Prezidentinə məktubu

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin əməkdaşı Ramin Məmmədovun Azərbaycan Respublikasının Prezidentinə məktubu

Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşı Ramin Məmmədovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yazdığı məktub Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində dərc edilib.

18 iyul 2020, 10:50

Ramin Məmmədovdan, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident.

Son günlər Azərbaycan əsgərinin mənfur düşmənin təxribatlarına verdiyi layiqli cavab ordumuzun qüdrətini bir daha göstərmiş oldu. Mən də bütün gənclər kimi Sizin əmrinizi gözləyirəm və doğma torpaqlarımızın erməni işğalından azad olunmasında iştirak etməyə hazıram. Sizə inanırıq və daim Sizinləyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Hörmətlə,

Ramin Məmmədov

Mingəçevir Dövlət Universitetinin əməkdaşı

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

https://president.az/articles/39798