2022/2023-cü tədris ilində ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində Amerikalı mütəxəssis John Bunke Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyət göstərəcəkdir.
TEFL (Teaching English as a Foreign Language) sertifikatlı qonaq mütəxəssis bir il ərzində MDU-da “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisası üzrə kadr hazırlığının təkmilləşdirilməsinə, eləcə də digər ixtisaslarda İngilis dili fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsinə, tələbə, müəllim və inzibati heyət üzvlərinin xarici dil bacarıqlarının inkişaf etdirilməsinə yardım edəcəkdir.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da kadr potensialının və tələbələrin hərtərəfli inkişafına, eləcə də onların xarici dil bilik və bacarıqlarının artırılmasına hədəflənən bu tipli fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.
Amerikalı mütəxəssis MDU-da fəaliyyət göstərəcək
- Запись опубликована:19.08.2022
- Post category:MDU xəbərləri
Digər yazılar

“Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda Respublika Elmi Konfransı

“Nümunəvi məktəb” modeli üçün meyarların hazırlanması məqsədilə görüş keçirilib

MDU-da Energetiklər Gününə həsr olunmuş elmi seminar keçirilib

Mingəçevir Dövlət Universitetinin təbliğat-təşviqat qrupu 12 №-li məktəbdə şagirdlərlə görüşüb

Mingəçevir Dövlət Universitetində Fövqəladə Hallar Nazirliyi (FHN) Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda seminar keçirilib

MDU-nun rektoru Şahin Bayramov Gəncədə məktəblilərlə görüşüb

Elmi Şuranın növbəti iclası keçirilib
