Mühəndislik fakültəsi 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 23 aprel 274 nömrəli qərarı ilə M.Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin (hazırki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mingəçevir filialı yaradıldıqda filialda “Energetika” fakultəsi kimi fəaliyyətə başlamışdır. 1994-cü ildə onun adı dəyişdirilərək “Energetika və mexanika”, 2016-cı il sentyabr ayından fakültə yenidən formalaşıb və Mühəndislik fakültəsi adlandırılıb.

Mühəndislik fakültəsi Mingəçevir Dövlət Universitetinin tədris, elm və inzibati bölməsi olmaqla, öz fəaliyyətini “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş Ali Təhsil Müəssisəsinin Nümunəvi Nizamnaməsi, Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”, Təhsil nazirinin 10 noyabr 1997-ci il tarixli 793 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin fakültəsi haqqında Əsasnamə”nin tələblərinə uyğun şəkildə qurmuşdur.

Fakültə Elmi Şurası haqqında

Fakültə Elmi Şurası fakültənin ali idarəetmə orqanı olub, 15 nəfər üzvdən ibarətdir. Azərbaycan Respublikasının təhsil nazirinin 10 noyabr 1997-ci il tarixli 794 saylı əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisəsinin fakültə Elmi Şurası haqqında əsasnamə”yə uyğun olaraq, 8 nəfəri tutduqları vəzifələrinə görə, 7 nəfəri isə gizli səsvermə yolu ilə fakültə Elmi Şurasına daxil edilmişlər. 

Elmi Şura üzvləri:

1Əliyeva Almaz Əli qızıdekan (EŞ sədri)
2Abdurahmanova Asudə Məmmədəli qızıdekan müavini
3İsmayılov Mahir Balaca oğlukafedra müdiri
4Mustafayeva Aidə Mübariz qızıkafedra müdiri
5Yusifova Təranə Firqət qızıkafedra müdiri
6İsrafilova Elmira Nəriman qızıDosent
7Mehdiyev Məhyəddin Sadıq oğluDosent
8Süleymanova Liliya Çingiz qızıbaş müəllim
9Tağıyev Elçin Nağı oğluHT sədri
10Kərimov Qaragöz Kərim oğlufakültə HT sədri
11Musayev Sabir İmran oğlufakültə THT sədri
12Həsənov Əfqan Natiq oğlufakültə TEC sədri
13Qasımlı Nicat Vüsal oğlufakültə TGT sədri
14Əsədova Məryəm Yahuzər qızıelmi katib

Fakültənin strukturu

Fəaliyyət dövrü ərzində fakültənin nəzdində müxtəlif sayda və adda kafedralar olmuş, bu kafedralarda müxtəlif ixtisaslar üzrə ali təhsilli mühəndis kadrları hazırlanmışdır.

Hazırda fakültənin tabeliyində aşağıdakı 4 ixtisas kafedrası fəalliyyət göstərir:

  1. Energetika (kafedra müdiri dos.K.S.Eyyubova)
  2. Mexanika (kafedra müdiri dos.M.B.İsmayılov)

Təbiət elmləri (kafedra müdiri dos.T.F.Yusifova)

Fakültə dekanı

Almaz Əliyeva

texnika elmləri namizədi
dosent

Əməkdaşlar

Asudə Abdurrahmanova

dekan müavini
asuda.abdurrahmanova@mdu.edu.az

Sevinc Məmmədova

sevinc.mammadova@mdu.edu.az

Lətafət Yolçuyeva

latafat.yolchuyeva@mdu.edu.az

İradə İsmayılova

irada.ismayilova@mdu.edu.az

Xəbərlər

Mingəçevir Dövlət Universiteti və “Aselsan Bakü” MMC yüksək texnologiyalar sahəsində tərəfdaşlıq edəcək: Telekommunikasiya laboratoriyası, təlim və texniki dəstək müzakirə olunub

Mingəçevir Dövlət Universiteti və “Aselsan Bakü” MMC yüksək texnologiyalar sahəsində tərəfdaşlıq edəcək: Telekommunikasiya laboratoriyası, təlim və texniki dəstək müzakirə olunub

2026-cı ilin 28 aprel tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti “Aselsan Bakü” MMC-də olub. Nümayəndə

Mingəçevir Dövlət Universitetində “Əqli mülkiyyət və ixtiraçılıq” mövzusunda təlim keçirilib

Mingəçevir Dövlət Universitetində “Əqli mülkiyyət və ixtiraçılıq” mövzusunda təlim keçirilib

2026-cı ilin 28 aprel tarixində Mingəçevir Dövlət Universitetində Elmi tədqiqat və innovasiya şöbəsinin təşkilatçılığı ilə Mühəndislik fakültəsinin dekanı dos. Almaz

Gələcəyin şəhərləri və innovativ həllər müzakirə olundu: Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilib

Gələcəyin şəhərləri və innovativ həllər müzakirə olundu: Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilib

Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsində “Memarlıq və Şəhərsalma İli – 2026” çərçivəsində Tələbə Elmi Cəmiyyətinin XXI elmi konfransı keçirilib. Konfransda

Mingəçevir Dövlət Universitetində “Enerji saxlama sistemləri və batareya texnologiyalarının inkişafı” mövzusunda seminar keçirilib

Mingəçevir Dövlət Universitetində “Enerji saxlama sistemləri və batareya texnologiyalarının inkişafı” mövzusunda seminar keçirilib

12 mart 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində Mühəndislik fakültəsinin, İnformasiya texnologiyaları və Energetika kafedralarının birgə təşkilatçılığı ilə “Enerji saxlama

Əlaqə

Email: fakulte_tehsil@mdu.edu.az

Tel: 024 275 38 96 

Mob: 050 347 74 72 (dekan)