Mingəçevir Dövlət Universitetinin (MDU) sıx əməkdaşlıq etdiyi Ankara Hacı Bayram Veli Üniversitesi rektoru, hörmətli həmkarımız və əziz qardaşımız Prof. Dr. Yusuf Tekin Türkiyə Cümhuriyyətinin Milli Təhsil Naziri təyin olunub.
Bu münasibətlə Universitetimizin yaxın dostu olan hörmətli Yusuf Tekini MDU ailəsi adından təbrik edir, məsul vəzifəsində uğurlar arzulayırıq.
İnanırıq ki, peşəkar mütəxəssis olan yeni nazir qardaş ölkənin milli təhsil sisteminin inkişafına mühüm töhfələr verəcəkdir.
Xeyirli və uğurlu olsun!