Mingəçevir Dövlət Universitetində (MDU) “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ümumilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbir Bakı Politoloqlar Klubunun təşkilatçılığı və Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub. “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstək məqsədi daşıyan layihə çərçivəsində respublikanın bir neçə şəhər və rayonunda silsiləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub.
MDU-nun professor-məllim və tələbə heyəti üzvlərinin, Mingəçevir şəhər ictimaiyyət nümayəndələrinin qatıldığı tədbiri Universitetin rektoru Şahin Bayramov açıb. Qonaqları və iştirakçıları salamlayan Ş.Bayramov mövzunun aktuallığından bəhs edib, sözügedən istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyindən bəhs edib. Tarixi həqiqətlərin öyrənilməsi və təbliği sahəsində atılan addımların vacibliyindən danışan rektor məruzəçilərə, qonaqlara və iştirakçılara təşəkkürünü bildirib, tədbin işinə uğurlar arzulayıb.
Daha sonra, Bakı Politoloqlar Klubunun sədri, Qərbi Azərbaycan İcmasının üzvü Zaur Məmmədov “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ümumilli Lider Heydər Əliyevin rolu” layihəsinin məqsədləri haqqında auditoriyanı məlumatlandırıb, “Qayıdış Konsepsiyası daxili və xarici siyasətimizin istiqamətlərindən biri kimi” mövzusunda çıxış edib. O, çıxışında prezident İlham Əliyevin tarixi Azərbaycan torpaqları ilə bağlı, dövlətmizin gələcək təhlükəsizliyi və inkişafı ilə bağlı apardığı xarici və daxili siyasətin fəlsəfəsindən bəhs edib.
Milli Məclisin deputatı, dosent Aydın Mirzəzadə “Qərbi Azərbaycan tarixi irsinin qorunmasında Heydər Əliyev siyasəti” mövzusunda tədbir iştirakçıları qarşısında geniş nitq söyləyib. Millət vəkili Ümumilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə tarixi torpaqlarımızla bağlı apardığı uğurlu siyasət haqqında danışıb.
Prezident kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Nazim Mustafayev“Qərbi Azərbaycanın son 200 illik tarixi xronikası. Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı çağırışlarının müasir proseslərdə təzahürü” mövzusunda çıxış edib. Tarixçi geniş təqdimatında İrəvan şəhərində, Zəngəzurda və Göyçədə ermənilər tərəfindən məqsədyönlü şəkildə dağıdılmış tarixi-mədəni abidələrimizi göstərib, Ermənistan tərəfindən aparılan etnik təmizləmə siyasəti ilə bağlı tarixi faktları nümayiş etdirib. N.Mustafayev çıxışında Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fərman və qərarları, çıxışlarını ardıcıl şəkildə auditoriyanın diqqətinə çatdırıb.
MDU-nun kafedra müdiri, dosent Esmira Cəfərova “Qərbi Azərbaycan milli siyasətimizin ən mühüm hədəfi” mövzusunda məruzə edib, yeni dövrün reallıqları və ölkəmiz qarşısında dayanan yeni məqsədlər haqqında ətraflı məlumat verib.
Məruzələr konfrans iştirakçılarının böyük marağına səbəb olub.
Qeyd edək ki, “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ümumilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçiriləcək silsiləvi elmi-praktik konfransların yekun materiallarının toplu şəklində çap edilməsi nəzərdə tutulub.