Türkiyədə dokorantura təhsili alan MDU əməkdaşları ilə görüş keçirilib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov bu ali təhsil müəssisəsinin hazırda Türkiyənin Qazi Universiteti və Hacı Bayram Veli Universitetində doktorantura təhsili alan 2 əməkdaşı – Nailə Allahyarova və Aytən Nadirova ilə görüşüb.

Gənc əməkdaşların doktorantura təhsilinin gedişatı, dissertasiya mövzuları və elmi tədqiqatlarının ilkin nəticələri ilə maraqlanan Ş.Bayramov onlara uğurlar arzulayıb, hər iki əməkdaşın MDU-ya yüksək ixtisaslı mütəxəssis olaraq qayıdacaqlarına və qardaş ölkənin müsbət təcrübəsini gətirəcəklərinə inandığını söyləyib.

Doktorantlar göstərilən diqqət və dəstəyə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildirib və onlara olan gözləntiləri doğruldacaqlarına əminliklərini ifadə ediblər.

Qeyd edək ki, elmi potensialın gücləndirilməsini diqqət mərkəzində saxlayan MDU-da gənc əməkdaşların tərəfdaş yerli və xarici universitetlərdə doktorantura təhsili almasına müvafiq imkanların yaradılmasına xüsusi önəm verilir.