Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət qulluğu və kadr məsələləri şöbəsi Mingəçevir Dövlət Universitetində ali təhsil müəssisələrində maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə təlim keçirib.
Təlimdə dövlət qulluğunun üstünlükləri, qəbul qaydaları, bu sahədə cari vəziyyət və perspektiv planlar barədə məlumat verilib, tələbələrin sualları cavablandırılıb.