Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Elmi məqalələrin dərci üçün jurnal seçimi” adlı növbəti elmi-praktik seminar keçirilib. Seminarda MDU-nun bir qrup professor-müəllim heyəti üzvü iştirak edib.
Universitetin Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev mövzu ilə bağlı təqdimatla çıxış edərək elmi məqalələrin dərci üçün jurnal seçimi zamanı diqqət yetirilməli məqamlardan bəhs edib və iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, əməkdaşların tədqiqat bacarıqlarının artırılması və elmi fəaliyyətlərinin səmərəliliyinin yüksəldilməsi məqsədilə MDU-da müvafiq təlim və seminarların təşkili daim diqqət mərkəzində saxlanılır.