Mingəçevir Dövlət Universiteti (MDU) ailəsinin Əziz Gəncləri!
Sizi, 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə ürəkdən təbrik edir, peşəkar fəaliyyətinizdə və şəxsi həyatınızda yeni-yeni uğurlar arzulayırıq!
Vətənpərvər ruhlu, yüksək intellektli, müasir baxışlı və innovativ düşüncəli Azərbaycan gəncləri olaraq, hər biriniz doğma Universitetimizin modernləşməsində və davamlı inkişafında fəal iştirak edirsiniz!
MDU tələbəsi, magistrantı, məzunu və əməkdaşı olan bütün gənclərimizlə qürur duyuruq!