You are currently viewing Rektor Şahin Bayramovun Gənclər Günü təbriki!

Rektor Şahin Bayramovun Gənclər Günü təbriki!

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universiteti (MDU) ailəsinin Əziz Gəncləri!

Sizi, 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə ürəkdən təbrik edir, peşəkar fəaliyyətinizdə və şəxsi həyatınızda yeni-yeni uğurlar arzulayırıq!

Vətənpərvər ruhlu, yüksək intellektli, müasir baxışlı və innovativ düşüncəli Azərbaycan gəncləri olaraq, hər biriniz doğma Universitetimizin modernləşməsində və davamlı inkişafında fəal iştirak edirsiniz!

MDU tələbəsi, magistrantı, məzunu və əməkdaşı olan bütün gənclərimizlə qürur duyuruq!

Gününüz mübarək, Əziz Dostlar!