Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bu ali təhsil müəssisəsinin 44 günlük Vətən müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Əzəmi Hüseynov və Oruc Nəcəflinin anasnı ziyarət edib.
Görüşlər zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış MDU-nun məzunlarının əziz xatirəsini daim böyük hörmət və ehtiramla yad edildiyi bildirilib, qəhraman oğurlları böyüdən analara minnətdarlıq edilib və MDU rəhbərliyinin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrikləri çatdırılıb.
Şəhid anaları – Azadə Abdullayeva, Flora Məmmədova və Sayad Hüseynova dövlətin daim yüksək diqqət və qayğısı ilə əhatə olunduqlarına görə ölkə başçısına minnətdarlıqlarını bildirib, təbriklərə görə təşəkkür ediblər.