MDU-nun təqaüddə olan müəllimi ziyarət edilib

  • Post category:MDU xəbərləri

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı təqaüddə olan, ömrünün çox hissəsini bu ali təhsil müəssisəsində müqəddəs müəllimlik peşəsinə həsr etmiş müəllimi Nərgiz İslamovanı ziyarət edib.

Ziyarət zamanı universitet rəhbərliyi və kollektivinin N.İslamovaya bayram münasibətilə təbrikləri çatdırılıb, uzun illər MDU-nun inkişafı üçün göstərdiyi fəaliyyətə görə təşəkkür edib.  

Göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirən N.İslamova bu gün müasirləşməkdə olan MDU-nun fəaliyyətini yaxından izlədiyini, uğurlarına sevindiyini diqqətə çatdırıb.