MDU-nun tələbəsi dünya çempionu olub

  • Post category:MDU xəbərləri

2022-ci ilin 30 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov İqtisadiyyat və idarəetmə fakültəsinin birinci kurs tələbəsi Bəxtiyar Mehdiyev ilə görüşüb.

Tələbəni alpaqut idman növü üzrə dünya çempionu olması münasibətilə təbrik edən rektor dünya çempionatında Azərbaycanı və MDU-nu yüksək səviyyədə təmsil etdiyinə görə ona təşəkkürünü bildirib.

Qeyd edək ki, B.Mehdiyev cari ilin 1-4 dekabr tarixlərində qardaş ölkənin Bursa şəhərində keçirilmiş Alpaqut üzrə Dünya Çempionatında uğurla çıxış edərək dünya çempionu olub. 65 kq çəki dərəcəsində yarışan MDU tələbəsi 4 ölkədən olan bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.

Tələbələrin professional idmanla məşğul olmasının önəmindən danışan rektor ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından bəhs edib.

Göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirən B.Mehdiyev dünya çempionu olmasından qürur duyduğunu vurğulayıb və gələcək yarışlarda da qələbə qazanmaq əzmində olduğunu diqqətə çatdırıb.

Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.