MDU-nun tələbə və magistrantı fəaliyyətlərinə görə təltif olunublar

  • Post category:MDU xəbərləri

2024-cü il fevralın1-də Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində 340 nəfər tələbə gəncin iştirakı ilə  “Tələbə Gənclər Təşkilatlarının Respublika Forumu 2024” adlı tədbir keçirilib.

Əsas məqsədi TGT-lərin fəaliyyətinin səmərəliliyi, gələcək perspektivdə inkişaf strategiyasının müəyyənləşdirilməsi və düzgün planlama aparılmasına dəstək olmaq olan forumda Mingəçevir Dövlət Universitetini (MDU) I kurs magistrantı Pənah Kərimov və III kurs tələbəsi Nihad Xəlilov təmsil edib.

Forumda İttifaqın 2023-cü il üzrə hesabatı və TGT-lərin yenilənmiş vahid əsasnaməsi təqdim olunub. Sonra tələbə gənclər ATGTİ ilə bağlı SWOT analizinin aparılması ilə bağlı qrup işi icra ediblər.

Daha sonra 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirilib. MDU-nun Tələbə Gənclər Təşkilatının sədri Pənah Kərimov 2023-cü il ərzində ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və bu fəaliyyətin həyata keçirilməsində fəal iştirakına görə “İlin Tələbə Gənclər Təşkilatı Sədri” və sədr müavini Nihad Xəlilov isə 2023-cü il ərzində Proqram əsaslı uğurlu fəaliyyətə verdiyi xüsusi töhfəyə görə “İlin TGT Nümayəndəsi” adına layiq görülüblər.

Hər iki gənci əldə etdikləri nailiyyətlərə görə təbrik edir, təhsil həyatlarında və fəaliyyətlərində uğurlar arzulayırıq.