“Bir Könüllü” Təşkilatı MDU-da məlumatlandırıcı görüş keçirib

  • Post category:MDU xəbərləri

2023-cü ilin oktyabrın 19-da “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin nümayəndələri Mingəçevir Dövlət Universitetində (MDU) tələbə və magistrantlarla məlumatlandırıcı görüş keçiriblər.

Görüşdə tədbir iştirakçılarını salamlayan MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev tələbələrin hərtərəfli inkişafında könüllülük fəaliyyətlərinin əhəmiyyətli rolundan danışıb. Bildirib ki, MDU-da könüllülük fəaliyyətlərinə xüsusi önəm verilir.

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova təşkilatın fəaliyyət istiqamətləri, universitetlərlə əlaqələri, tələbələrin asudə vaxtının səmərəli təşkilinə göstərilən dəstək və könüllülük şəbəkəsinin inkişafı barədə məlumat verib.

Sonra tələbələrlə maarifləndirici oyunlar keçirilib.

Qeyd edək ki, universitetin qonağı olan “Bir Könüllü” Təşkilatının nümayəndələri MDU-nun rektoru Şahin Bayramovla da görüşüblər. Görüşdə MDU-da könüllülük fəaliyyətinin genişləndirilməsi məsələləri və yeni əməkdaşlıq imkanları müzakirə edilib.