MDU-da “Müasir psixologiyada meditativ fəndlər” fənnindən açıq dərs keçirilib

  • Post category:Pedaqogika / Təhsil

2024-c ilin 15 mayında Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqogika və psixologiya kafedrasının müdiri prof. Fərəh Cəlilin rəhbərliyi ilə “Müasir psixologiyada meditativ fəndlər” fənnindən açıq dərs keçirilib. Dərsdə Təhsil fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak edib.

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil alan İS22.2 qrup tələbələrinin iştirakı ilə təşkil edilən seminar xarakterli açıq dərs zamanı fənni əhatə edən slaydlar nümayiş etdirilib, habelə gənclərin hazırladığı meditasiyalar dinlənilib. Meditasiyaların kiçik yaşlı şagirdlərə tətbiqinin stres, hiperaktivlik, davaranış pozuntusu kimi hallarla mübarizə aparma üsullarından biri olduğu vurğulanaraq, bu kimi vəziyyətlərlə mübarizədə vacibliyi qeyd olunub.

Dinləyicilər tərəfindən maraqla qarşılanan açıq dərsin sonunda müzakirələr aparılıb. Tələbələrin müzakirələrində irəli sürülən meditasiya ilə bədənin rahatlaşması, dincəlməsi, stressdən azad olma, lazımsız həyəcan və düşüncələrdən fikrin təmizlənməsi, mənəvi rahatlığın alınması və daxili harmoniyaya görə insana lazım olması kimi fikirlər qənaətbəxş hesab edilib və müəyyən tövsiyyələr verilib.