MDU-da 28 May Müstəqillik Gününə həsr olunan mühazirə keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) 28 May Müstəqillik Gününə həsr olunan “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda mühazirə keçirilib.

Universitetin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.

Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova giriş sözü ilə çıxış edərək XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublikanın Azərbaycanda yaranmasının tarixi əhəmiyyətindən danışıb, Azərbaycan Xalq Cümhuriyyətini xalqımızın şərəfli tarixinin önəmli səhifələrindən biri olduğunu vurğulayıb.

Ardınca Müstəqillik Gününə həsr olunan videoçarx izlənilib.

Sonra MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi Mətanət Yusifova “Azərbaycan tarixinin şanlı və parlaq səhifəsi – 28 May:  müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin qurulduğu gün” mövzusunda məruzə ilə çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışıb.

Məruzə dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb, mövzu bağlı müzakirələr aparılıb.