Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf Etdirilməsi (DIRNA)” adlı Erasmus+ layihəsi ilə bağlı növbəti görüş keçirilib.
Layihə çərçivəsində 2023-cü il noyabrın 15-17-də İzmir Yüksək Texnologiya İnstitutunda (İYTE) birinci təhsil turu təşkil olunub.
Təhsil turunda MDU-nu təmsil edən universitetin beynəlxalq əməkdaşlıq ofisinin koordinatoru Samirə Əhmədova və Məryəm Əsədova əməkdaş və tələbələr üçün infosessiya təşkil ediblər.
Onlar təhsil turunun təşkilinin mahiyyəti, İYTE-nin tədqiqatyönümlü fəaliyyətlərdə müstəsna xidmətləri, Azərbaycan ali təhsil müəssisələrində araşdırılan keyfiyyətli tədqiqat işlərinə əlçatanlığın təmin edilməsi üçün Türkiyə təcrübəsindən məlumat verilib. İYTE kitabxanasının təşkilatçılığı ilə GCRIS texniki infrastruktur, açıq elmə baxış, Türkiyədə açıq elmin inkişafı və institusional arxivlərin inkişafı mövzularında təqdimatlar keçirilib.
Qeyd edək ki, “REFRESH” layihəsinin məqsədi bərpa olunan enerji mənbələri üzrə universitetlərdə milli kadr hazırlığı ilə yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədindən irəli gələn vəzifələrin icrasına mühüm töhfələr qazandırmaqdır.