11 oktyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “COP29” kontekstində yaşıl iqtisadiyyata keçidin reallaşmasında təhsilin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masa, universitetin 108 nömrəli auditoriyasında, universitetin ixtisaslı mütəxəssislərinin iştirakı ilə baş tutub. Tədbirdə yaşıl iqtisadiyyata keçidlə bağlı təhsil sektorunun rolu, innovativ yanaşmalar və turizmin bu prosesdəki əhəmiyyəti kimi mövzular müzakirə olunub.
Dəyirmi masanın gündəliyində duran məsələləri Elm və İnnovasiyalar şöbəsininmüdiri dosent Vüqar Mustafayev iştirakçıların nəzərinə çadırıb. Sonra çıxışlar dinlənilib.
İqtisadiyyat kafedrasının müdir əvəzi Arif Tağıyev :”Yaşıl iqtisadiyyata keçidin təbliği və reallaşdırılmasında ali təhsil subyektlərinin rolu”, İqtisadiyyat kafedrasının baş müəllimi, i.f.d. Yeganə Məmmədli “Aqrar sahədə yaşıl iqtisadiyyatın tətbiqinə innovativ yanaşma və kadr hazırlığı”, İqtisadiyyat kafedrasının müəllimi Səadət Yusibova “Yaşıl iqtisadiyyata keçidin formalaşmasında turizmin rolu və müasir mütəxəssis hazırlığı” mövzusunda çıxış ediblər
Çıxışlardan sonra tədbir iştirakçıları mövzu ətrafında müzakirələr aparıb, yaşıl iqtisadiyyata keçidlə bağlı yaranan çətinliklər və onların həlli yolları barədə fikirlər səsləndirilib.