Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İqlim dəyişmələrinin Azərbaycan iqtisadiyyatına təsiri” mövzusunda seminar keçirilib

  • Post category:MDU xəbərləri

25 oktyabr 2024-cü il tarixində baş tutan seminara universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekan əvəzi, dosent Nüşabə Qədimli çıxışında Azərbaycanda iqlim dəyişmələrinin iqtisadiyyata təsirindən bəhs edərək bildirdi ki, bu dəyişikliklər kənd təsərrüfatı, su ehtiyatları və enerji sektorunda ciddi təsirlərə səbəb olur. Həmçinin, iqlim dəyişmələri nəticəsində su çatışmazlığı, məhsuldarlığın azalması və təbii fəlakətlərin artması kimi problemlər iqtisadiyyatın inkişafına mane ola bilər deyə vurğulayan N. Qədimli buna görə də, yaşıl iqtisadiyyatın inkişafı və iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb. Nüşabə Qədimli daha sonra məruzələrin dinlənilməsi üçün çıxışçılara söz verib.

Seminarda MDU-nun Sənayenin təşkili və idarəetmə kafedrasının müəllimi Saqib Məmmədov “COP29-a gedən yol: Yaşıl dünya naminə həmrəylik təntənəsi”, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Fərid Məlikov “Yaşıllıqların statistik məlumatlarına dair maarifləndirmə”, MDU-nun İqtisadiyyat kafedrasının baş müəllimi, i.f.d. Məlahət Rəhimova “Yaşıl iqtisadiyyat: mövcud reallıqlar və perspektivlər” MDU-nun Sənayenin təşkili və idarəetmə kafedrasının baş  müəllimi Təranə Səfərova “Azərbaycanda iqlim dəyişikliyinin ətraf mühitə təsirləri”, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsin aparıcı məsləhətçisi Gültac Rzabəyli-Aliyeva isə “COP29-un ölkəmizin sosial-iqtisadi inkişafına təsiri” ni şərh etdi. MDU-nun Sənayenin təşkili və idarəetmə kafedrasının müəllimi Babək Hüsüyev ” Yaşıl enerjinin Azərbaycan iqtisadiyyatında rolu”, və MDU-nun İqtisadiyyat kafedrasının müəllimi Nərmin Əliyeva “COP 29 –un yaşıl turizm üfüqləri” kimi mövzularda məruzələr dinlənildi.

Seminar ərzində iştirakçılar mövzular üzərində fikir mübadiləsi aparıb, iqlim dəyişikliyi və yaşıl iqtisadiyyat sahələrində maarifləndirmənin vacibliyini vurğulanıb.