Struktur bölmələr
- Tədris şöbəsi
- Elm və innovasiyalar
- Beynəlxalq əməkdaşlıq ofisi
- İnsan resursları
- Daxili nəzarət şöbəsi
- İctimaiyyətlə əlaqələr
- İnformasiya texnologiyaları mərkəzi
- Təcrübə və karyera inkişafı mərkəzi
- Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsi
- Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsi
- Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsi
- Mühasibatlıq
- Dəftərxana
- İdman-sağlamlıq kompleksi
Tələbələrlə iş və tədbirlərin təşkili
Şöbə haqqında
Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsi (Şöbə) Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 29 aprel 2024-cü il tarixində qəbul etdiyi 55 nömrəli qərarla yaradılmışdır.
Şöbə, tələbələrin universitet həyatında daha fəal iştirakını təmin etmək, onların akademik və sosial inkişafına dəstək olmaq, eyni zamanda müxtəlif tədbirlərin təşkili və koordinasiyası ilə tələbə cəmiyyətini aktivləşdirmək məqsədilə fəaliyyət göstərir.
Şöbə, tələbələrin akademik, sosial və mədəni inkişafına töhfə vermək məqsədilə genişmiqyaslı fəaliyyət istiqamətlərini əhatə edir. Bu fəaliyyətlər çərçivəsində tələbələrin universitet həyatına daha yaxından inteqrasiyası, onların intellektual və yaradıcı potensialının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili və ictimai fəallığının artırılması əsas prioritetlərdən biridir.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktları, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təlimatlarını, MDU-nun nizamnaməsini, universitet rəhbərliyinin qərar və göstərişlərini, eləcə də öz Əsasnaməsini rəhbər tutur. Bu çərçivədə Şöbə MDU-nun strukturuna daxil olan digər qurumlarla, dövlət və yerli özünüidarəetmə orqanları, eləcə də müxtəlif hüquqi və fiziki şəxslərlə sıx əməkdaşlıq edərək fəaliyyətini həyata keçirir.
Şöbənin vizyonu: Tələbələrin vətənpərvər, vicdanlı və sosial ruhda ölkəmizin inkişafında pay sahibi olmaqlarına töhvə vermək.
Şöbənin missiyası: Tələbələrin peşəkar və şəxsi inkişafını dəstəkləyərək onların təhsil müddətində müasir tendensiyalara uyğun təcrübə imkanlarını artırmaq üçün körpü olmaq, aktiv və hərtərəfli bir cəmiyyət təcrübəsi qurmağa təşviq etməklə yaradıcı potensiallarını inkişaf etdirmək.
Şöbədə görülən işlər:
- Dövlət təşkilatları, özəl təşkilatlar, müəssisələr və şəxsiyyətlərlə əməkdaşlığa dəstək göstərilir;
- Tələbələrin maraqlarının öyrənilməsi istiqamətində sorğu anketləri keçirilir;
- Tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə şərait yaradılmasına dəstək göstərilir;
- Sağlamlıq imkanları məhdud tələbələrin cəmiyyətə inteqrasiyası meyarlarını tədris prosesində və digər universitet fəaliyyətlərində nəzərə alınmasına nəzarət edilir;
- Tələbə ixtisas klublarının yaradılması və inkişafına dəstək göstərilir;
- Tələbələrin regionda çoxşaxəli könüllülük fəaliyyətlərində aktiv iştirak etməsinə təşviq edilir;
- Universitetə qəbul olmuş I kurs tələbələri ilə Oriyentasiya günləri və 15 sentyabr-Bilik Günü təşkil olunur;
- MDU-da fəaliyyət göstərən Tələbə Təşkilatları və onların tərkibində fəaliyyət göstərən tələbə cəmiyyətlərinin (klub, mərkəz və s.) fəaliyyəti dəstəklənir və monitorinqi keçirirlir;
- Milli və dövlət bayramları qeyd olunur;
- Regionun mədəni və incəsənət həyatının zənginləşdirilməsinə töhfə məqsədilə universitetin ədəbi-bədii fəaliyyətləri artırılır;
- Tələbələrə dəstək və məsləhət xidməti göstərilir;
- Tələblərdə vətənpərvərliyin təşviqi aparılır;
- Məzun Günləri təşkil olunur;
- Müxtəlif istiqamətdə tədbirlərin təşkilinə dəstək göstərilir;
- Təşkilatlarla bağlı sorğuların keçirilir və təhlil olunur.
Şöbəyə vizual baxış
Əməkdaşlıq
Şöbə müdiri
ilhama.mammadova@mdu.edu.az
Əməkdaşlar
Mütəxəssis faiq.yusifli@mdu.edu.az |
Operator-kargüzarı qabil.yusifov@mdu.edu.az |
Əlaqə
Strukturlar
- Tədris şöbəsi
- Elm və innovasiyalar
- Beynəlxalq əməkdaşlıq ofisi
- İnsan resursları
- Daxili nəzarət şöbəsi
- İctimaiyyətlə əlaqələr
- İnformasiya texnologiyaları mərkəzi
- Təcrübə və karyera inkişafı mərkəzi
- Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsi
- Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsi
- Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsi
- Mühasibatlıq
- Dəftərxana
- İdman-sağlamlıq kompleksi
Elm və innovasiyalar şöbəsi
Şöbə haqqında
Elm və innovasiyalar şöbəsi Mingəçevir Dövlət Universitetinin struktur bölməsi olub, elmi-tədqiqat və innovasiyalar sahəsində Universitetin fəaliyyətini təşkil edir və koordinasiyasını həyata keçirir.
Şöbə Universitetdə 2019-cu ildə aparılan struktur islahatları çərçivəsində yaradılmışdır.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və təlimatlarını, Universitetin Nizamnaməsini, rektorun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.
Şöbədə görülən işlər
Şöbə aşağıdakı funksiyaları həyata keçirir:
– Universitetin elmi potensialının və elmi-texniki resurslarının statistikasını aparır,
– kafedralarda elmi tədqiqatların istiqamətləri müəyyənləşdirilərkən onların dövlətin müvafiq sahə üzrə prioritet inkişaf istiqamətlərinə uyğun olmasına, aktuallığına, nəzəri və praktik əhəmiyyət kəsb etməsinə, elmi tədqiqatlar üzrə cari və perspektiv planların tərtib edilməsinə və bu planların vaxtında və tam yerinə yetirilməsinə nəzarət edir.
– elm və innovasiyalar sahəsində Universitetin əməkdaşlarının fəaliyyətlərinin nəticələri barəsində məlumatların uçotunu və monitorinqini həyata keçirir;
– elm və innovasiyalar sahəsi ilə bağlı yerli, respublika və beynəlxalq səviyyədə keçiriləcək tədbirlər (konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, müsabiqələr, sərgilər və s.) barəsində Universitetin əməkdaşlarını məlumatlandırır və belə tədbirlərdə iştirak edəcək əməkdaşlara mümkün təşkilati köməklik göstərir;
-Universitetdə elmi nəşrlərin hazırlanması məsələlərini koordinasiya edir.
Şöbə müdiri
Mustafayev Vüqar Sabir oğlu – texnika üzrə fəlsəfə doktoru, dosent
12 noyabr 1966-cı il tarixində Mingəçevir şəhərində anadan olmuşdur. 1984-cü ildə Mingəçevir şəhər 7 saylı orta məktəbini bitirmiş və Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (hazırkı Azərbaycan Texniki Universiteti) qəbul olunmuşdur. 1991-ci ildə həmin ali məktəbi “Yükqaldırıcı nəqliyyat, inşaat və yol maşınları və avadanlığı” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il təyinat üzrə Azərbaycan Texniki Universitetinin “Maşın detalları və YQNM” kafedrasında stajor-tədqiqatçı vəzifəsinə işə qəbul olunmuşdur.
Ali məktəbdə təhsil alarkən 1985-1987-ci illərdə (o vaxt qüvvədə olan qanun əsasında) hərbi xidmətdə olmuşdur.
1993-98-ci illərdə AzDRES Tikinti-Quraşdırma İdarəsində təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsində çalışmışdır. Bu illər ərzində Mingəçevir Politexnik İnstitutunun (hazırkı Mingəçevir Dövlət Universitetinin) “Maşınqayırma və ümumtexniki fənlər” kafedrasında (hazırkı “Mexanika” kafedrasında) saat hesabı dərs aparmışdır. 1998-ci ildən Mingəçevir Politexnik İnstitutunun “Maşın mühəndisliyi və ümumtexniki fənlər” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
2015-ci ildə “Nəqliyyat və maşın mühəndisliyi” kafedrasının (hazırkı Mexanika kafedrasının) müdiri, 2015-20-ci illərdə Energetika və mexanika fakültəsinin (hazırkı Mühəndislik fakültəsinin) dekanı olmuşdur. 2020-ci ildən Elm və innovasiyalar şöbəsinin müdiridir.
2005-ci ilin iyun ayında “05.02.02 – Maşınşünaslıq, maşın detalları və ötürmə sistemləri” ixtisasi üzrə namizədlik dissertasiyası müdafiə etmiş və 2006-cı ilin mart ayında Ali Attestasiya Komissiyasının qərarı ilə ona texnika elmləri namizədi (texnika üzrə fəlsəfə doktoru) elmi dərəcəsi, 2012-ci ilin sentyabr ayında isə dosent elmi adı verilmişdir.
50-dən çox elmi və tədris-metodiki işin, o cümlədən 1 patent, 2 metodik vəsait və 3 dərs vəsaitinin müəllifidir.
Ailəlidir, iki övladı, bir nəvəsi var.
Əməkdaşlar
Mütəxəssis faiq.yusifli@mdu.edu.az |
Operator-kargüzarı qabil.yusifov@mdu.edu.az |
Xəbərlər
Elanlar
Kazan Dövlər Energetika Universiteti (КГЭУ) RF AAK – Вестник КГЭУ elmi jurnalına məqalə qəbulu aparır:
до 28 апреля собираем статьи в номер 1 журнала ВАК РФ – Вестник КГЭУ. Будем благодарны ,если направите Вашу статью или Ваших коллег в данный номер. требования к оформлению направляю. Статьи просим направлять на почту: vkgeu@bk.ru
“Genius” Beynəlxalq İdman, Təhsil Və Elm Mərkəzi (Qazaxıstan) 15-16 may 2021-ci il tarixlərində “XX əsrdə təhsil və elm” Beynəlxalq elmi-praktik internet-konfrans keçirir:
Naxçıvan Dövlət Universitetində 23 may 2021-ci il tarixində “Beynəlxalq Duzdağ araşdırmaları” mövzusunda onlayn konqres keçriləcək:
Əlaqə
(055) 289 12 66; (050) 521 96 97