2024-ci ilin 20 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Humanitar fənlər kafedrasının və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Milli mədəni irsimiz, milli dəyərlərimiz” adlı tədbir keçirilib. Tədbirdə hər iki tərəfdən professor müəllim heyəti və tələbələr iştirak ediblər. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirə Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının baş müəllimi, t.ü.f.d Aygün Qədirova moderatorluq edib. Tədbirdə MDU-nun Təhsil fakultəsinin dekanı dosent Nizami Zeynalov və Etnoqrafiya elmi fond şöbəsinin müdiri dosent Gülzadə Sərxan qızı Abdulova çıxış ediblər. Tədbirin proqramına uyğun olaraq dosent Gülzadə Abdulova “Azərbaycan milli baş geyimləri”, muzeyin elmi işçiləri Fəridə Xəlilova “Azərbaycan məişətində güləbətin tikmələri”, Fatma Qəniyeva “Azərbaycan çay mədəniyyəti” və Nurəngiz Qarayeva “Azərbaycan hamam mədəniyyəti” mövzularında məruzələrlə çıxış ediblər. Müzakirələrlə davam edən tədbir zamanı iştirakçılar belə bir ortaq tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə hər iki müəssisəsinin rəhbərliyinə təşəkkürünü bildirib və bu istiqamətdə birgə fəaliyyətin davamlı olmasını arzulayıblar.
MDU-da “Milli mədəni irsimiz, milli dəyərlərimiz” adlı tədbir keçirilib
- Запись опубликована:21.11.2024
- Post category:MDU xəbərləri
Digər yazılar

Mingəçevir Dövlət Universitetində mina təhlükəsizliyi barədə məlumatlandırıcı tədbir keçirilib

Mingəçevir Dövlət Universiteti “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonunda təmsil olunur

Əməkdaşlarımız Naxçıvanda beynəlxalq konfrasda fəal təmsil olunub

17 noyabr – Milli Dirçəliş Günüdür

Professor, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Məşhur “91-lər”dən biri Şahlar Əsgərovun MDU haqqında fikirləri

Mingəçevir Dövlət Universitetinin tələbələri “Uşaq və Ailələrə Dəstək Mərkəzi”ndə olublar

MDU-da “Regional İnkişaf” İctimai Birliyinin məlumatlandırma görüşü keçirilib
