Mingəçevir Dövlət Universitetində keçirilən II Beynəlxalq elmi konfrans öz işini plenar iclasla davam etdirir

  • Post category:MDU xəbərləri

Dekabrın 13-də Mingəçevir Dövlət Universitetində (MDU) “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda II beynəlxalq elmi konfrans (ISCERA 2024) keçirilir.  Konfrans öz işini plenar iclasla davam etdirir.

Plenar iclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, Pedaqogika elmləri doktoru, professor Müseyib İlyasov “Ali pedaqoji təhsildə səriştə əsaslı kadr hazırlığı üzrə işin təşkili”, Qazi Universitetinin Dr., professor Pınar Bilasa “Təhsil və tədqiqat fəaliyyətlərində milli və beynəlxalq təcrübənin inteqrasiyası”, AMEA-nın Dilçilik İnstitutu, şöbə müdiri,  Filologiya elmləri doktoru, professor İsmayıl Kazimov “Ali məktəblərdə tələbələrin tədqiqatçılıq bacarığının formalaşdırılması yolları”, Elm və Təhsil Nazirliyi, İqtisadiyyat İnstitutu, şöbə müdiri,  İqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov “Təhsilin inkişafının və bilik iqtisadiyyatı quruculuğunun tənzimləyici amilləri: müasir çağırışlar və mövcud imkanlar”, Mingəçevir Dövlət Universiteti, kafedra müdiri, Filologiya üzrə fəlsəfə doktoru, dosent Mehdi Rəhimov “Müasir universitetlər XXI əsrdə: ali təhsilin gələcəyinə bir baxış” mövzusunda məruzələrlə çıxış ediblər.