Cambridge Universitetinin doktorantı, ADA Universitetinin müəllimi İnqilab Şahbazov tərəfindən keçirilən seminarda MDU-nun akademik, inzibati heyəti və bir qrup tələbələri iştirak edib.
İ.Şahbazov tədqiqat metodlarını bilməyin humanitar sahədə data toplamaq üçün mütləq olduğunu və bu metodları öyrənməklə sosiologiya, siyasi elmlər, iqtisadiyyat və bir sıra digər sahələrdə araşdırmalar aparmaq mümkün olduğunu bildirib. Seminarda elmi təqdiqatın aktuallığının əsaslandırılması, onun obyekt və predmetinin, məqsəd və vəzifələrinin, nəzəri-metodoloji əsaslarının müəyyən olunması zamanı diqqət yetirilməsi məqamlar, iştirakçılara geniş məlumat verilib və təqdim edilən suallar ətraflı cavablandırılıb. Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.