Mingəçevir Dövlət Universitetində “Xalqın birliyi və tarixi iradəsi” mövzusunda dəyirmi masa keçirilib

  • Post category:MDU xəbərləri

2025-ci il 15 yanvar tarixində  Mingəçevir Dövlət Universitetində (MDU) Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş “Xalqın birliyi və tarixi iradəsi” mövzusunda dəyirmi masa keçirilib. Universitetin tələbələri üçün təşkil olunan dəyirmi masada 1990-cı ilin 20 Yanvarında baş vermiş faciənin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin vacib mərhələlərindən biri olduğu vurğulanıb.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra dəyirmi masa iştirakçıları həmin gün Azərbaycanın paytaxtı Bakı şəhərində sovet ordusunun mülki əhaliyə qarşı törətdiyi qəddarlığı , xalqın bu qəddarlıq qarşısında göstərdiyi mübarizəni və həmrəylik nümunələrini xatırlayıblar.
Tədbirdə iştirak edən müəllim və tələbələr 20 Yanvar hadisələrinin Azərbaycan tarixindəki əhəmiyyəti haqqında geniş müzakirələr aparıblar. Tələbələr bu faciə nəticəsində xalqın göstərdiyi cəsarət və iradənin Azərbaycanın müstəqilliyə gedən yolu açdığını qeyd ediblər.
Tədbir MDU-nun təhsil və vətənpərvərlik sahəsindəki fəaliyyətlərinin bir hissəsi kimi təşkil olunub. Xalqımızın qəhrəmanlıq tarixini əks etdirən bu kimi tədbirlərin gələcəkdə daha çox keçirilməsi planlaşdırılır.