Mingəçevir Dövlət Universitetində riyaziyyatın fəlsəfə və musiqi ilə inteqrasiyasına həsr olunan seminar keçirilib

  • Post category:Riyaziyyat

2026-cı ilin 25 may tarixində Mingəçevir Dövlət Universitetinin Riyaziyyat kafedrasının təşkilatçılığı ilə Bakı Mühəndislik Universitetinin baş müəllimi Bəhman Qudsinin “Böyük düşünənlər: Amma, sıradan düşünmək qadağandır!” mövzusunda seminarı keçirilib.

Seminarda tələbələrə riyaziyyatın fəlsəfə və musiqi ilə qarşılıqlı əlaqəsi, eləcə də bu sahələrin bir-birini necə tamamlaması barədə ətraflı məlumat verilib. Bəhman Qudsi çıxışı zamanı riyaziyyatın gündəlik həyatdakı rolu, müxtəlif sahələrə təsiri və praktik əhəmiyyəti haqqında maraqlı nümunələr təqdim edib.

İnteraktiv müzakirələrlə davam edən seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və tələbələrin mövzu ətrafında fikir mübadiləsi aparmalarına şərait yaradıb.

Tədbir Bəhman Qüdsinin riyaziyyat və musiqinin vəhdətini özündə əks etdirən xüsusi musiqi kompozisiyasının təqdimatı ilə yekunlaşıb.