Mingəçevir Dövlət Universitetinin müəllimi IX ADA Beynəlxalq Təhsil Konfransında iştirak edib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin (MDU) Xarici dillər kafedrasının müəllimi Hünbətova Şəfa Rabil qızı 29–30 iyun 2026-cı il tarixlərində ADA Universitetində keçirilən IX ADA Beynəlxalq Təhsil Konfransında iştirak edib.

“Teaching and Learning in the Era of Pedagogical Transformation” (“Pedaqoji transformasiya dövründə tədris və öyrənmə”) mövzusuna həsr olunan konfrans yerli və xarici ölkələrdən alimləri, tədqiqatçıları, müəllimləri və təhsil rəhbərlərini bir araya gətirib.

Konfransın ilk günü keçirilən pre-konfrans workshopları çərçivəsində Dr. Vəfa Yunusovanın təqdim etdiyi “Adaptive Leadership for Complex Educational Environments”Dr. Samirə Hacıyevanın təqdim etdiyi “Leadership in Action: Exploring the Full Range of Leadership” mövzularında təlimlərdə, həmçinin akademik yazı və beynəlxalq elmi nəşr strategiyalarına həsr olunmuş sessiyalarda iştirak edilib.

Konfransın ikinci günü təşkil olunan plenar iclaslarda və panel müzakirələrində ali təhsildə pedaqoji transformasiya, süni intellektin təhsildə tətbiqi, təhsil liderliyi, kurikulumun təkmilləşdirilməsi və qiymətləndirmə ilə bağlı aktual mövzular müzakirə olunub.

Konfrans çərçivəsində əldə olunan bilik və təcrübənin MDU-da tədris prosesinin və elmi-pedaqoji fəaliyyətin təkmilləşdirilməsinə, innovativ təlim metodlarının tətbiqinin genişləndirilməsinə töhfə verəcəyi gözlənilir.

MDU əməkdaşlarının beynəlxalq akademik tədbirlərdə fəal iştirakı universitetin beynəlmiləlləşmə strategiyasına və müəllimlərin davamlı peşəkar inkişafına xidmət edir.