Daha bir yüksək nəticə göstərən abituriyent MDU-nu seçir

  • Post category:MDU xəbərləri

2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarında 512 bal toplamış Günel Teymurlunun seçimi Mingəçevir Dövlət Universitetidir (MDU).
Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyi bitirən G.Teymurlu MDU-da “Tarix müəllimliyi” ixtisası üzrə ali təhsil alacaq.
Fərəhləndirici haldır ki, G.Teymurlunun atası Elçin Teymurov Birinci Qarabağ və Vətən Müharibələrinin iştirakçısıdır.
MDU-nun rektoru Şahin Bayramov G.Teymurlu və atası ilə görüşüb. Rektor Ş.Bayramov gəncimizi, onun ailə üzvlərini və müəllimlərini uğurlu nəticə göstərməsi münasibətilə təbrik edib, seçiminə görə təşəkkürünü bildirib.
Yüksək ixtisaslı mütəxəssis və layiqli vətəndaş olmaq istəyən gənclər üçün MDU-da bütün imkanlar mövcuddur.
MDU yeni dövrün universitetinə çevrilir!