MDU-da növbəti “Açıq qapı” günü keçirilib

  • Post category:MDU xəbərləri

2024-cü il yanvarın 16-da Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.

Hibrid formatda təşkil edilmiş “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrant və onların valideynləri ilə görüşüb. Təşkil edilmiş görüşdə universitetin akademik heyət üzvləri də iştirak ediblər.

Rektor Ş.Bayramov iştirakçıları salamlayaraq imtahan sessiyanın daim diqqətdə saxlanıldığını, imtahanların obyektivliyinin və şəfaflığının təmin edilməsini vurğulayaraq tələbə və magistrantlara uğurlar arzulayıb.

Görüşə qatılan tələbə və magistrantlar imtahanların gedişatında nümayiş olunan şəffaflıq və operativlik səbəbilə rektora minnətdarlıq ediblər. Müəyyən təkliflər ilə çıxış edən tələbələr, imtahanların bu cür ədalətli keçirilməsinə görə rektor Şahin Bayramov başda olmaqla professor-müəllim heyətinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, MDU-da 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində “Açıq qapı” günləri həftədə bir dəfə olmaqla hibrid formada keçirilir. Tələbə və magistrantlar, həmçinin onların valideynlərinin yarana biləcək suallarının cavablandırılması, təkliflərinin dinlənilməsi məqsədi daşıyan “Açıq qapı” günlərinin imtahan sessiyasının sonunadək keçirilməsi nəzərdə tutulur.