Akademik Azadlıq Siyasəti

Akademik azadlıq Mingəçevir Dövlət Universitetində tədris, tədqiqat və elmi müzakirələrin müstəqil və sərbəst şəkildə həyata keçirilməsinin əsas prinsipidir. Universitet elmi yaradıcılığı, fikir müxtəlifliyini və tənqidi düşüncəni ali təhsilin fundamental dəyərləri kimi qəbul edir.

Bu siyasət sənədi MDU-da akademik azadlığın hüquqi və etik əsaslarını müəyyən edir, universitet üzvlərinin hüquq və məsuliyyətlərini aydın şəkildə təsbit edir və sağlam, müstəqil elmi mühitin qorunmasına xidmət edir.

Akademik azadlıq nədir?

Akademik azadlıq – müəllim, tədqiqatçı və tələbələrin:

  • tədris proqramlarını və metodlarını seçmək,
  • tədqiqat mövzularını sərbəst müəyyənləşdirmək,
  • nəticələri senzurasız şəkildə nəşr və təqdim etmək,
  • elmi müzakirələrdə azad iştirak etmək hüququdur.

Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyi və ali təhsil strategiyası ilə tənzimlənir.

Akademik Azadlıq Siyasətinin tam mətnini PDF formatında yükləyə bilərsiniz.