Azərbaycanın beynəlxalq aləmdə imici hər zaman müsbət olub

  • Post category:Xəbərlər (AZ)

Azərbaycanın beynəlxalq aləmdə imici hər zaman müsbət olub

Azərbaycan müstəqilliyini elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır.Məhz bunun nəticəsidir ki, Azərbaycanın iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut edib. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artıran həm də onun sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıqda da özünü təsdiq edib. Azərbaycn Reaspublikası cənab İlham Əliyevin qeyd etdiyi kimi ölkəmiz hər zaman bütün öhdəliklərini qətiyyətlə yerinə yetirib. Əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanıb, etibar qazanıb, bərabər hüquqlu tərəfdaş kimi qəbul edilib. Bunu beynəlxalq aləmdəki həyata keçirilən tədbirlər də bir daha təsdiq edir. Azərbaycan həmişəöz müddəfiqləri ilə səmimi olub onlarla bərabər hüquqlu trəfdaş kimi iştirak edib.

Xarici siyasət kursunda həmişə ardıcıl olan ölkəmiz istər iqtisadi, istərsə də siyasi məsələlərdə ardıcıl və birmənalı mövqe nümayiş etdirib. Cənab prezidentimiz öz çıxışlrında da vaxtaşırı olaraq xarici siyasətin əsaslarına toxunub, onları izah edib. Bu, çox açıq və prinsipial siyasətdir. Ölkəmizin apardığı xarici siyasətdə heç bir gizli məqam yoxdur. Ona görə ki, bu siyasət bizim milli maraqlarımıza əsaslanır və yalnız əməkdaşlığın möhkəmlənməsi üçün nəzərdə tutulur.

Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıqda da qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxış edir. Beynəlxalq hüququn təməl prinsiplərinə hörmətlə yanaşır və həyata keçirir. Onu da qeyd etməliyik ki, Azərbaycan başda BMT olmaqla beynəlxalq təşkilatların əsas prinsiplərinə sadiq qalıb. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı ədalətli qərar verir.

Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda Azərbaycan səsvermə zamanı Gürcüstan, Moldova, Ukrayna kimi dövlətlərin ərazi bütövlüyünü həmişə dəstəkləyib və yenə dəstəkləyir. Həmin ölkələr tərəfindən də Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Təbii ki, belə qarşılıqlı əlaqələr nəticəsində mövcud çətinliklərə baxmayaraq Azərbaycan beynəlxalq aləmdə zəhmətlə formalaşan imicini qoruyub saxlaya bilir. Azərbaycanın bu mövqeyi zamanın və tərəfdaşlarının sınağından çıxmış mövqedir.

Azərbaycan enerji, nəqliyyat sahəsində yeni zirvələr fəth edir

Ölkə rəhbəri möhtərəm prezidentimiz İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında qeyd olunduğu kimi, Dövlətimiz möhkəmlənib. Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib. Azərbaycanın1990-cı illərdən etibarən beynəlxalq əhəmiyyət kəsb edən enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə iştirak etdiyi layihələrin hamısı uğurla başa çatdırılıb. Eyni zamanda Azərbaycan dünya, Avropa və qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilib.

Sevindirici halddır ki, bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda ixrac edir və böyük vəsait qazanır. Bütün bunlarla yanaşı Azərbaycan Nəqliyyat dəhlizlərinin yeni imkanlarını və bir çox başqa amilləri nəzərə almaqla, Xəzər dənizi, Qara dəniz regionunda nəqliyyat-logistika əməkdaşlığının çox perspektivli istiqamətlərini müəyyən etmək olar və bu istiqamətdə işlər görür. Media nümayəndələri üçün keçirilən konfransda aydın şəkildə qeyd olundu ki, Azərbaycanın bütün məsələlərə strateji baxışı, yanaşması var. Azərbaycanın iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxışı və təsəvvürü var. Azərbaycan bu ümumi plan çərçivəsində bundan sonra da irəliləyəcək,yeni nailiyyətlər, uğurlar qazanacaqdır.

Mirsədi DAŞDƏMİROV,

“Qızıl qələm” mükafatçısı