Beynəlxalq Dil Mərkəzi
Mingəçevir Dövlət Universitetində fəaliyyət göstərən Beynəlxalq Dil Mərkəzi universitetin beynəlxalqlaşma strategiyasının və tədrisin keyfiyyətinin artırılmasına yönəlmiş əsas struktur bölmələrindən biridir. Mərkəz tələbələrin, müəllimlərin və inzibati heyətin xarici dil biliklərinin inkişaf etdirilməsini, onların akademik və peşəkar mühitdə effektiv ünsiyyət bacarıqlarının formalaşdırılmasını hədəfləyir.
Beynəlxalq Dil Mərkəzi xarici dillərin tədrisi, akademik və peşəkar dil bacarıqlarının inkişafı, eləcə də beynəlxalq proqram və layihələr üçün dil hazırlığının təşkili istiqamətində fəaliyyət göstərir. Tədris prosesi müasir pedaqoji yanaşmalar, kommunikativ metodlar və rəqəmsal tədris resursları əsasında həyata keçirilir.
Fəaliyyət istiqamətləri
- İngilis dili və digər xarici dillər üzrə kursların təşkili
- Akademik və peşəkar dil bacarıqlarının inkişafı
- Erasmus+ və digər beynəlxalq proqramlar üçün dil hazırlığı
- Beynəlxalq dil sertifikatlarına hazırlıq
- Seminarlar, təlimlər və danışıq klublarının təşkili
- Xarici dil müəllimləri üçün metodiki və peşəkar inkişaf tədbirləri
Missiya
Beynəlxalq Dil Mərkəzinin missiyası müasir və innovativ tədris yanaşmaları əsasında keyfiyyətli dil tədrisini təmin etmək və universitet ictimaiyyətinin beynəlxalq akademik və peşəkar mühitə inteqrasiyasına dəstək olmaqdır.
Vizyon
Beynəlxalq Dil Mərkəzinin vizyonu regionda və ölkə səviyyəsində tanınan, beynəlxalq standartlara cavab verən, innovativ və çoxdilli dil tədrisi mərkəzinə çevrilməkdir.
