Dünya İrsi Şəhərlər Təşkilatı (OWHC) “Yeni başlanğıc. Yeni baxış. Yeni şəhər” mövzusunda video-çarx müsabiqəsi elan edir

  • Post category:Elanlar

Dünya İrsi Şəhərlər Təşkilatı (OWHC) “Yeni başlanğıc. Yeni baxış. Yeni şəhər” mövzusunda video-çarx müsabiqəsi elan edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (İTMQ) 2016-cı ildən Dünya İrsi Şəhərlər Təşkilatının (OWHC) üzvüdür. Həmin təşkilat üzv şəhərlərdə dünya irsi hesab olunan tarix və mədəniyyət abidlərinin qorunub saxlanılması ilə bağlı müxtəlif layihələr həyata keçirir. Artıq iki ildir ki, İTMQ Təhsil Nazirliyinin dəstəyi ilə təşkilat tərəfindən təşkil olunan Beynəlxalq Video Müsabiqədə iştirak edir.

Müsabiqədəki əsas məqsəd xüsusilə panemiya dövründə tarixi şəhərləri gənclərin gözü ilə kəşf etmək və onlara öz tarixi şəhərlərinin postpandemiya dövründə necə olacağı barədə təsəvvürlərini ifadə etməyə imkan yaratmaqdır. İştirakçılar mövzuya uyğun 5 dəqiqəlik video hazırlayaraq 2021-ci ilin 1 mart tarixindən gec olmayaraq İTMQ idarəsinə təqdim edə bilərlər. Qaliblər Ümumdünya İrsi Şəhərləri Təşkilatı tərəfindən 2021-ci ilin iyun ayından sonra elan ediləcək.

Bu müsabiqə 14-17 yaş və 18-21 yaşlarında olan iki yaş qrupu gənclər üçün nəzərdə tutulub. Gənclərin hazırladığı videolar əvvəlcə öz şəhərlərində bir seçimdən keçəcəkdir. Hər şəhər iştirak edən yaş qruplarının hər biri üzrə qalib video seçəcəkdir. Yerli səviyyədə qalib videolar daha sonra beynəlxalq münsiflər heyətinə təqdim ediləcək. Seçilən videolar OWHC-nin “YouTube” kanalında yayımlanacaq. Hər iki beynəlxalq qalibə maraqlı hədiyyələr veriləcək!

Müsabiqənin keçirilməsində məqsədlər:

       dünya irsinə daha güçlü bağlılıq hissini gənclərə aşılamaq;

       gənclərin öz şəhərləri, ziyarət etdikləri şəhərlər və ümumilikdə dünya irsi haqqında fikirlərini öz fərdi baxışları ilə ifadə etmələrinə imkan yaratmaq;

       bəşəriyyətin xəzinəsi kimi tanınan şəhərlərlə bağlı OWHC-nin həyata keçirdiyi konservasiyavə təkmilləşmə yanaşmasında gənclərin iştirakını təmin etmək

Müsabiqənin qaydaları.

Beynəlxalq müsabiqə iki mərhələdə baş tutacaq:

1.Yerli səviyyə:

Bu beynəlxalq müsabiqədə iştirak etmək üçün OWHC şəbəkəsinə daxil olan şəhərlərin merləri və ya onların nümayəndələri və ya onların nümayəndələri, OWHC veb saytında onlayn yerləşdirilmiş qeydiyyat formasını doldurmalıdırlar. Tələbər sadədir. OWHC iştirakçısı şəhərlərdən özlərinə uyğun formula görə 14-17 yaş və 18-21 yaş arasındakı gəncləri yarışmaya dəvət etmələrini tələb edir. Gənclər maksimum 5 dəqiqəlik bir video hazırlayacaqlar. Sonra hər bir şəhər qeydiyyatdan keçən hər yaş qruöu üçün bir video seçəcəkdir ki, bu onlayn formada müsabiqənin beynəlxalq səviyyəsi üçün təqdim ediləcəkdir.

2. Beynəlxalq səviyyə:

Bu səviyyədə, şəhərlərin hər birinin qalib videoları bir yerə toplanır və beynəlxalq qiymətləndirmə edilir. 2021-ci ilin mart tarixindən etibarən iştirakçı şəhərlər qalib videolarını təqdim etməyə dəvət ediləcəkdir.

Videolar aşağıdakı meyarlara əsasən qiymətləndiriləcəkdir:

       ortaya qoyulan işin keyfiyyəti (20%);

       məzmun (40%);

       orijinallıq və yaradıcılıq (40%).

Həm beynəlxalq səviyyəli qaliblərə, həm də gənc beynəlxalq qaliblərinə görə fərqlənən şəhərlərə mükafatların verilməsi nəzərdə tutulub.

Müsabiqə ilə bağlı digər vacib məlumatlar.

Müsabiqə iki yaş qrupundakı gənclər üçün uyğundur. 14-17 yaş və 18-21 yaş. Videonuzu yerli müsabiqəyə təqdim etdikləri zaman tələb olunan yaşda olmalıdırlar.

Gənclərdən ibarət komandaar qəbul olunur.

Gənclər birbaşa OWHC-də qeydiyyatdan keçə bilməzlər. Şəhərlər bu yarışmada qeydiyyatdan keçərək gəncləri bu yarışmada iştirak etməyə dəvət edirlər.

Video hazırlamaq üçün tələblər:

       videolar maksimum 5 dəqiqədən çox olmamalıdır;

       təqdim olunan videolar müsabiqənin mövzusuna uyğun olmalıdır;

       videolarda şəhərin vizual elementləri təqdim olunmalıdır;

       həddən artıq çox mətn yox, səs effektlərinə və musiqiyə (sözlü və ya sözsüz) icazə verilir;

       OWHC-nin üç iş dilindən birində (fransız, ingilis və ya ispan) olan videoya mətni birləşdirmək mütləqdir. Mətn və ya hekayə olmadan göndərilən videolar qəbul edilmir. Gəcn iştirakçılar bizə öz baxışlarından bəhs etməlidirlər!;

       videokamera, kamera, kompüter və ya cib telefonu ilə hazırlanmış videolar uyğundur;

       yerli hissə üçün video “YouTube” vasitəsilə gənc iştirakçının hesabından təqdim edilə bilər və ya sadəcə orijinal formatı ilə şəhər nümayəndəliyinə göndərilə bilər;

       beynəlxalq hissə üçün: video orijinal formatı ilə OWHC-yə göndərilməlidir. “YouTube” tərəfindən qəbul edilmiş formatlarda, yəni *wmv, *avi, *mp4, *mov, *mpeg4 şəklində göndərilməlidir, çünki OWHC “YouTube” kanalında mütləq şəkildə yayımlanacaqdır;

       videonun başlığı müsabiqə başlığı və mövzusundan kopyalanmamalıdır.

Beynəlxalq müsabiqənin mükafatları:

Hər iki yaş qrupunun qalibləri rəsmi olaraq 2021-ci il sentyabrın 7-dən 10-dək Kvebek (Kanada) şəhərində keçiriləcək OWHC Dünya Konqresi zamanı təşkil ediləcək bir mərasimdə elan ediləcəkdir.

Müsabiqənin yaş qrupları üzrə mükafat fondu:

       14-17 yaşlı kateqoriyanın qalibi üçün 1500 ABŞ dolları;

       18-21 yaşlı kateqoriyanın qalibi üçün 3000 ABŞ dolları.

Beynəlxalq səviyyəli gənc mükafatçılar və hər iki qalib gələn şəhələrin merləri OWHC tərəfindən fəxri sertifikatla təltif olunacaq.

Mükafat bir komanda tərəfindən qazanılarsa, verilən mükafatı bərabər şəkildə ayırmaq komandanın məsuliyyətində olacaqdır. Komandanın nümayəndəsi təyin ediləcək. Komandanın hər bir üzvünə müvafiq qaydada fəxri fərman veriləcək.

Beynəlxalq səviyyəli finalçıların hər birinə iştirak sertifikatı veriləcək.

Ətraflı məlumat və qeydiyyat üçün metbuat@mdu.edu.az ünvanına müraciət edə bilərsiniz.