You are currently viewing MDU-da TESOL mütəxəssisi tərəfindən ingilis dili danışıq klubu fəaliyyət göstərir

MDU-da TESOL mütəxəssisi tərəfindən ingilis dili danışıq klubu fəaliyyət göstərir

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində (MDU) TESOL mütəxəssisi Anna Cannonun təşkilatçılığı ilə ingilis dili danışıq klubunun fəaliyyətinə start verilib.

Danışıq klubu MDU-nun tələbə və magistrantları, eləcə də əməkdaşları üçün nəzərdə tutulub. Həftədə 3 dəfə təşkil ediləcək danışıq klubunda iştirak etmək istəyənlər MDU-nun Xarici dillər kafedrasına müraciət edə bilərlər.

Qeyd edək ki, A.Cannon ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənən İngilis Dili Mütəxəssisləri (English Language Fellows) proqramı çərçivəsində cari tədris ilindən etibarən MDU-da pedaqoji fəaliyyət göstərir. Qonaq mütəxəssis bir il müddətində universitetdə İngilis dili tədrisinin keyfiyyətinin yüksəldilməsi, tələbə və əməkdaşların ingilis dili biliklərinin inkişaf etdirilməsi, ingilis dili müəllimlərinin peşəkarlığının artırılması istiqamətində fəaliyyətlərə cəlb olunacaqdır.