Mingəçevir Dövlət Universitetinin yuxarı kurs tələbələri ilə dövlət qulluğunun təbliği və təşviqi məqsədilə maarifləndirici görüş keçirilib

Dövlət İmtahan Mərkəzi, 15.12.2023

Görüşdə Mingəçevir Dövlət Universitetinin (MDU) 150-dən çox tələbə və gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı nümayəndələri iştirak ediblər.

Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov tədbir iştirakçılarına dövlət qulluğu ilə bağlı elektron xidmətlər, o cümlədən “otk.az” onlayn sınaq imtahanı portalı haqqında məlumat verib.

Mərkəzin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov “Dövlət qulluğunda inzibati vəzifələrin tutulması qaydası” mövzusunda təqdimatla çıxış edib.

Təqdimat zamanı dövlət qulluğuna qəbul, dövlət qulluğunda vəzifələr, dövlət qulluğunda test imtahanı və müsahibələr, dövlət qulluğu ilə bağlı statistik göstəricilər barədə görüş iştirakçılarına məlumat verilib.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, müvafiq mövzu ətrafında müzakirə aparılıb və tədbir iştirakçılarına dövlət qulluğu sahəsində maarifləndirici nəşrlər paylanılıb.