Mingəçevir Dövlət Universitetində “Dövlət qulluğuna qəbul prosesi və hazırlıq strategiyaları” mövzusunda seminar keçirilib

Mingəçevir Dövlət Universitetinin Təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə tələbələr üçün “Dövlət qulluğuna qəbul prosesi və hazırlıq strategiyaları” mövzusunda seminar təşkil olunub.

Seminarda təlimçi Ramal Sabirli tərəfindən iştirakçılara dövlət qulluğuna qəbul qaydaları, imtahan mərhələləri, effektiv hazırlıq üsulları və praktiki tövsiyələr barədə ətraflı məlumat verilib.

Tədbirin əsas məqsədi tələbələrin dövlət qulluğuna hazırlıq səviyyəsinin yüksəldilməsi, bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin qəbul prosesi ilə bağlı maarifləndirmənin təmin olunması olub.

İnteraktiv formada keçirilən seminar zamanı iştirakçıların sualları cavablandırılıb, real təcrübəyə əsaslanan faydalı məsləhətlər təqdim edilib.

Qeyd edək ki, bu kimi tədbirlər tələbələrin karyera planlamasına dəstək olmaqla yanaşı, onların dövlət qulluğuna daha sistemli və məqsədyönlü şəkildə hazırlaşmasına mühüm töhfə verir.