MDU kollektivi Göygöl Milli Parkına ekskursiya edib

2023-cü ilin martın 3-də Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və müəllim kollektivi üzvü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Göygöl Milli Parkına ekskursiya ediblər.

Ekskursiya Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems” – GEOCLIC) layihəsi çərçivəsində baş tutub.

Ekskursiya zamanı MDU kollektivi Milli Parkın ərazisi və fəaliyyəti ilə yaxından tanış olublar, Göygölün təbiəti, flora və fauna aləmi, ekoturizm imkanları barədə ətraflı məlumatlandırılıblar.

Qeyd edək ki, MDU-da təhsilalanların dünyagörüşünün, praktiki bilik və bacarıqlarının artırılmasına töhfə verən müvafiq infoturların və ekskursiyaların təşkilinə xüsusi önəm verilir.