Elmə daha bir töhfə

  • Post category:Xəbərlər (AZ)

Elmə daha bir töhfə

Mingəçevir Dövlət Universitetinin Mexanika kafedrasının müdiri, tex.f.d., dos. Mahir Balaca oğlu İsmayılovun müəllifi olduğu “Qazodinamika” kursundan Dərs vəsaiti geniş oxucu kütləsinə təqdim edilmişdir. 2018-ci ildə 114 səhifədən ibarət olan kitab Mingəçevir şəhərində Nəşriyyat-Poliqrafiya Müəssisəsi MMC-də yüksək nəfisdə tərtib və nəşr olunmuşdur.

“Qazodinamika” kursundan dərs vəsaitində “Energetika” kafedrasında 050609 “İstilik energetikası mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün uzun müddət oxunan mühazirələr daxildir. Dərs vəsaiti səs sürəti, kəsilməzlik tənliyi, enerji tənliyi, hərəkət miqdarı tənliyi, sıxlıq sıçrayışları, zərbə polyarı, Laval soplosu, ejektorlar və s. bölmələrdən ibarətdir. Bu bölmələr tələbələr üçün başa düşülən formada, 39 şəkil və sxemlərlə, 2 cədvəl əsasında izahlı verilmişdir.

“Qazodinamika” adlı dərs vəsaiti  050609 “İstilik energetikası mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün “Qazodinamika” fənninin proqramına uyğun tərtib edilmişdir.

Bu vəsaitdən “İstilik elektrik stansiyaları”na aid fənnləri öyrənən ali məktəblərin bakalavr, magistrant və mühəndis-texniki işçilər də faydalana bilərlər.

Dərs vəsaitinin elmi redaktoru tex.f.d., dos. S.Ə.Qəhrəmanovdur. Kitaba tex.e.d. R.F.Kəlbəliyev (Az.ET və LA Energetika İnstitutu), Mingəçevir Dövlət Universitetinin dosenti tex.f.d. M.Ə.Məmmədov, Mingəçevir Dövlət Universitetinin dosenti tex.f.d. K.S.Eyyubova, Azərenerji ASC “Azərbaycan İES” MMC-nin direktoru, tex.f.d., dos. T.Ə.Hüseynov rəy veriblər.

Qeyd edək k, “Qazodinamika” kursundan Dərs vəsaiti Mingəçevir Dövlət Universiteti Metodik Şuranın 04 aprel 2018-ci il tarixli qərarı ilə (protokol №7) çapa tövsiyə olunmuşdur.

{phocagallery view=category|categoryid=57|limitstart=0|limitcount=0}