Mingəçevir Dövlət Universitetində bədii tədbir keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində bədii tədbir keçirilib

 

2021-ci ilin 24 dekabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Taleyimizə nur saçan Müzəffər Lider” adlı bədii tədbir keçirilib.

Tədbirdə şəhid ailəsi üzvləri, MDU-nun İctimai Nəzarət Şurasında təmsil olunan şəhər ziyalıları, universitetin əməkdaşları, tələbə və magistrantlar iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr olunan təbrik video-çarxı ilə başlayan tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov və Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədov çıxış ediblər.

Çıxışlarda Qalib Xalqın Qalib Lideri ilə qürur duyulduğu bildirilib, tədbir iştirakçıları adından dövlət başçısını əlamətdar yubiley münasibətilə təbrik ediblər.

Sonra, MDU tələbələrinin və Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin əməkdaşlarının təqdimatında vətənpərvərlik mövzusunda mahnılar və şeirlər səsləndirilib, rəqslər ifa edilib.

{phocagallery view=category|categoryid=819|limitstart=0|limitcount=0}