MDU-da “Qürur günümüz – 8 Noyabr” esse müsabiqəsinin qalibləri müəyyənləşdirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbələrlə İş və Tədbirlərin Təşkili Şöbəsinin təşkilatçılığı ilə keçirilən “Qürur günümüz – 8 Noyabr” adlı esse müsabiqəsinin yekun nəticələri rəsmi şəkildə açıqlanmışdır. Müsabiqə Zəfər Gününün tarixi əhəmiyyəti, qəhrəmanlıq ruhunun yaşadılması və gənclərdə vətənpərvərlik dəyərlərinin gücləndirilməsi məqsədilə təşkil olunub.

Müsabiqədə 20-dən çox tələbə və magistrant iştirak edərək mövzuya dair yüksək fəallıq və maraq nümayiş etdirmişdir. Tələbələrin təqdim etdiyi esselər məzmun, ideya orijinallığı, yazı mədəniyyəti və mövzunun açılışına görə qiymətləndirilmişdir.

Aparılmış qiymətləndirmə nəticələrinə əsasən, qaliblər aşağıdakı kimi müəyyən edilmişdir:
I yer: Qüdərt Məmmədov və Zeynəb Mehrəlizadə
II yer: Nəzrin Nazirli
III yer: Nərgiz Məmmədova

Qaliblər MDU tərəfindən diplom və hədiyyələrlə təltif olunacaqlar. Müsabiqə universitetdə tələbələrin yaradıcılığını təşviq edən təşəbbüslərin davamı olaraq dəyərləndirilir və gələcəkdə bu istiqamətdə layihələrin artırılması nəzərdə tutulur.