Mingəçevir Dövlət Universitetində “Ekoloji hüquq və torpaq mühafizəsi qanunvericiliyi” mövzusunda elmi-praktik seminar təşkil olunub.
Universitetin Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə keçirilən seminarda Mühəndislik fakültəsinin tələbələri, kafedranın əməkdaşları, eləcə də 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri iştirak ediblər.
Seminar çərçivəsində “Ekologiya hüququnun əsas aspektləri”, “Azərbaycan torpaqlarının şoranlaşması ilə mübarizə: ekoloji-hüquqi yanaşma” və digər aktual mövzular ətrafında müzakirələr aparılıb. Çıxışlarda ekoloji hüququn əhəmiyyəti, ətraf mühitin qorunması sahəsində qanunvericiliyin rolu və bu istiqamətdə maarifləndirmənin vacibliyi xüsusi vurğulanıb.
Tədbirin sonunda idarə nümayəndələri tərəfindən müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.