Mingəçevir Dövlət Universitetində “Aprel döyüşləri”nə həsr olunmuş konfrans keçirilib

2026-cı il 3 aprel tarixində Mingəçevir Dövlət Universitetində “Aprel döyüşləri: Zəfər yürüşünün ilk addımları” mövzMingəçevir Dövlət Universitetində “Aprel döyüşləri”nə həsr olunmuş konfrans keçirilib

2026-cı ilin 3 aprel tarixində Mingəçevir Dövlət Universitetində “Aprel döyüşləri: Zəfər yürüşünün ilk addımları” mövzusunda konfrans keçirilib. Konfransda universitetin rektoru Anar Eminov, MDU-nun akademik və inzibati heyət üzvləri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Aprel döyüşlərinin Azərbaycanın hərb tarixində xüsusi əhəmiyyətindən bəhs edərək, bu qələbənin sonrakı zəfərlərə aparan yolun başlanğıcı olduğunu vurğulayıb.

Daha sonra “Aprel döyüşləri”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfrans məruzələrin dinlənilməsi ilə davam edib. Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva “Aprel döyüşləri – Zəfərə aparan yolun təməl daşı” mövzusunda çıxış edib. İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli “Aprel döyüşləri – Böyük qayıdışın başlanğıcı” adlı məruzə ilə çıxış edərək hadisələrin strateji əhəmiyyətini diqqətə çatdırıb. Pedaqoji fakültənin dekan müavini Aygün Qədirova isə “Aprel döyüşlərinə siyasi-tarixi baxış” mövzusunda təqdimatla çıxış edib.

Təqdim edilən məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanılıb.

Konfrans iştirakçıları Aprel döyüşlərinin Azərbaycan xalqının milli birliyinin, güclü ordusunun və sarsılmaz iradəsinin parlaq nümunəsi olduğunu qeyd ediblər.