I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı

Hörmətli tədqiqatçı,

Sizi 25–26 may 2026-cı il tarixlərində Naxçıvan şəhərində Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Macarıstanın Széchenyi István Universiteti, Ankara Hacı Bayram Veli Universiteti və Daşkənd Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə Memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr olunmuş “I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı”na (ICCHST – NAXÇIVAN 2026) iştirak etməyə dəvət edirik.

Üz-üzə (ənənəvi) və onlayn formatda təşkil olunacaq konfransın əsas məqsədi elmi fikir mübadiləsinin aparılması, müasir tədqiqat nəticələrinin müzakirəsi, eləcə də gənc tədqiqatçılar arasında yeni elmi əməkdaşlıqların formalaşdırılmasına şərait yaratmaqdır.

Konfrans çərçivəsində etik prinsiplərə uyğun və orijinal elmi tədqiqatlara üstünlük veriləcəkdir. Təqdim olunan xülasə və tam məqalələr müvafiq elmi yoxlamalardan keçiriləcək, rəyçilərin müsbət rəyindən sonra konfrans materialları şəklində nəşr olunacaqdır. Konfrans iştirakçılarına iştirak vərəqəsi (sertifikat) təqdim ediləcəkdir.

Konfransın şüarı:
Türk dünyası ölkələrinin ortaq dəyərlərinin birləşdirilməsi.


Konfransın əsas mövzuları:
Tarixi, arxeoloji və mədəni irsin əsasları
Mədəni irsin qorunması və bu əsasda turizmin inkişafı
Ağıllı turizm, qonaqpərvərlik idarəçiliyi və innovasiya
Turizm, iqlim dəyişikliyi və ətraf mühitə dayanıqlılıq
Davamlı turizmin iqtisadi, təhsil və geosiyasi ölçüləri


Mühüm məlumatlar:
Təqdimatlar üz-üzə (ənənəvi) və onlayn formatda qəbul olunur
Xülasə və tam məqalələrin nəşri nəzərdə tutulur
İştirakçılara iştirak sertifikatı təqdim ediləcəkdir


Konfrans çərçivəsində Naxçıvanda yerləşən tarixi və turistik məkanlara turlarının təşkili nəzərdə tutulur

Mühüm tarixlər:
Xülasə və ya tam mətnin göndərilməsi üçün son tarix: 30 aprel 2026
Konfrans proqramının elan olunması: 03 may 2026
Konfransın keçirilmə tarixi: 25–26 may 2026
Konfrans materiallarının nəşri: 30 iyun 2026

Konfransın işçi dilləri:
Azərbaycan dili
Türk dili
İngilis dili


Məlumat üçün bildiririk ki, “I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı”nda (ICCHST – NAXÇIVAN 2026) iştirak ödənişlidir. İştirak haqqının məbləği, ödəniş qaydaları və son tarixlər barədə ətraflı məlumat konfransın rəsmi internet səhifəsində yerləşdirilmişdir:

Xülasə və məqalə göndərmək üçün qeydiyyat linki: https://konfrans.ndu.edu.az/conferences/i-beynelxalq-medeni-irs-ve-dayanql-turizm-konfrans/qeydiyyat

Əlaqə:
Rəsmi internet saytı: konfrans.ndu.edu.az

Tel: + (994) 70 240 51 81 ( Məsul şəxs: Əşrəf Ələkbərov )
Tel: + (994) 50 311 33 95 ( Məsul şəxs: Əli Cabbarov )