30 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib. İclasda Elmi Şuranın təsdiq olunmuş iş planına uyğun olaraq bir sıra növbəti və cari məsələlər müzakirə olunub.
Gündəlikdə duran məsələlər sırasında “Əyani şöbənin tədris qruplarında tələbələrin dərslərə davamiyyətinin və biliyinin qiymətləndirilməsinin vəziyyəti”, “2024/2025-ci tədris ilinin yaz semestrində açıq dərslərin və qarşılıqlı dərsdinləmələrin keçirilməsi vəziyyəti”, “Humanitar fənlər kafedrasının fəaliyyəti”, “İxtisas qruplarında tədris məsləhətinin təşkili”, eləcə də “Laboratoriya işləri və kollokviumların nəticələri” kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
İclasda həmçinin Riyaziyyat kafedrası və Xarici dillər kafedrasının əməkdaşları tərəfindən hazırlanmış iki dərs vəsaiti və bir fənn proqramı da müzakirəyə təqdim olunub. Müzakirələr qarşılıqlı dinləmə və işgüzar şəraitdə həyata keçirilib. Gündəlikdəki hər bir məsələ ilə bağlı müvafiq qərarlar açıq səsvermə yolu ilə qəbul edilib.
Qeyd edək ki, Təhsil fakültəsində Elmi Şura ali idarəetmə orqanı kimi fəaliyyət göstərir və onun iclaslarının mütəmadi və vaxtında keçirilməsinə xüsusi diqqət yetirilir.