Nahiduzzaman, K.M., Mohammed VI Polytechnic University (UM6P), Morocco; The University of British Columbia (UBC) Okanagan, Canada
Müasir şəhərlərin getdikcə bir-biri ilə üst-üstə düşən qlobal sarsıntıların təsiri altında formalaşır. İqlim dəyişikliyi, pandemiyalar və iqtisadi qeyri-sabitlik kimi amillər urbanizasiya proseslərinə, insanların hərəkətlilik modellərinə, mənzil seçimlərinə və məkan planlaşdırmasına ciddi təsir göstərir. Bu çıxışda COVID-19 pandemiyası, iqlim dəyişikliklərinin yaratdığı fövqəladə hallar və qlobal inflyasiyanın səbəb olduğu yaşayış xərclərinin artımı kimi müasir sarsıntıların şəhər və ərazi sistemlərini, eləcə də planlaşdırma prioritetlərini necə yenidən formalaşdırdığı araşdırılır. Kanada təcrübəsi və qlobal tendensiyalar əsasında aparılan müzakirələr göstərir ki, ekstremal iqlim hadisələri, rəqəmsal transformasiya, uzaqdan iş modellərinin yayılması və elektron ticarətin sürətli inkişafı torpaqdan istifadə, gündəlik mobillik və yaşayış məkanının seçimi ilə bağlı ənənəvi yanaşmaları dəyişdirir.
Bu baxımdan, yaxınlıq prinsiplərinə əsaslanan və sabit iqtisadi şəraitə hesablanmış ənənəvi planlaşdırma çərçivələri artıq kifayət etmir. Bunun əvəzinə, şəhər və ərazi inkişafı üçün miqrasiya axınlarının dəyişməsi, hibrid iş mühitləri və şəhər–ərazi münasibətlərinin transformasiyasını nəzərə alan “adaptiv” və “inteqrə olunmuş” planlaşdırma yanaşmalarına ehtiyac var. Xüsusi diqqət daşınmaz əmlak bazarına, şəhər mobilliyinə və infrastruktur planlaşdırmasına olan təsirlərə yönəldilir. Çıxışın sonunda isə dayanıqlılıq, adaptiv tikinti dizaynı və ərazilərarası daha güclü əlaqələri birləşdirən “sistemli düşüncə” və “transformativ planlaşdırma” strategiyalarının zəruriliyi haqqında analitik məlumat veriləcəkdir.