2024-cü ilin 7-8 mart tarixlərində Ankara Hacı Bayram Veli Universitetinin (AHBVÜ) Turizm Fakültəsi, Mingəçevir Dövlət Universiteti (MDU), Qırğızıstan-Türkiyə Manas Universiteti (QTMU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə “Asudə vaxt və istirahət sahəsində gələcək trendlər” (Future Trends in Leisure & Recreation (FTLRC 2024) mövzusunda II Beynəlxalq Elmi Konfrans keçirilib.
Hibrid formada keçirilən konfrans çərçivəsində 20 müxtəlif sessiyada 72 məruzə, 3 əsas məruzə və 1 panel təqdimatı edilib.
Cari ilin 7 mart tarixində başlayan konfransda AHBVÜ-nün prorektoru, Prof. Dr. Kürşat Göktürk, həmin ali təhsil müəssisəsinin Turizm Fakültəsinin dekanı professor İrfan Yazıcıoğlu, MDU-nun rektoru Şahin Bayramov, QTMU-nun rektoru, professor Alpaslan Ceylan və ADMİU-nun rektoru Ceyran Mahmudova açılış nitqləri ilə çıxış ediblər. Çıxışlar zamanı turizm sahəsində olan petensial imkanlar, beynəlxalq əməkdaşlığın bu sahənin inkişafına verdiyi tövfələr haqqında söhbət açaraq keçirilən konfransın əhəmiyyətli olduğu diqqətə çatdırılıb. İnkişf edən dövrdə yeni trendlərin izlənilməsi, tədqiqatların aparılmasının təqdirəlayiq olduğu bildirilib və konfransın işinə uğurlar arzulanıb.
MDU-nun rektoru Ş.Bayramov açılış nitqində iştirakçılara uğurlar arzulayıb, tərəfdaşlıq imkanına görə AHBVÜ rektoruna və Turizm fakültəsi dekanına təşəkkürünü bildirib, təşkilatçılara və məruzəçilərə minnətdarlığını çatdırıb.
Açılış nitqlərindən sonra konfrans işinə məruzələrin dinlənilməsi ilə davam edib. 2024-cü ilin 7-8 mart tarixlərində konfransa təqdim olunan məruzələr dinlənilib, müzakirələr aparılıb.
Konfransın sonunda AHBVÜ-nin Turizm Fakültəsinin dekan müavini Emine Balcı, İstirahətin idarə edilməsi şöbəsinin müdiri Əli Yaylı və MDU-da qonaq professor olan Evren Güçer təqdim olunan məruzələrə münasibət bildirib, konfransın işini qənaətbəxş hesab ediblər.