You are currently viewing MDU ilə Latviya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

MDU ilə Latviya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

  • Post category:Beynəlxalq

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Latviyaya səfəri çərçivəsində Latviya Universitetinin yeni seçilmiş rektoru professor Gundars Bērziņš ilə görüşüb.

Rektor 2024-cü ilin 8 mart tarixində baş tutan bu rəsmi görüşə Azərbaycan Respublikasının Latviyadakı səfiri hörmətli Elnur Sultanovla birlikdə qatılıb.

Görüşdə MDU ilə Latviya Universiteti arasında əməkdaşlıq imkanlarına dair məhsuldar müzakirələr aparılıb, hər iki universitetin strateji hədəfləri, mövcud kadr hazırlığı və tədqiqat potensialı barədə danışılıb. Birgə fəaliyyətlərin mümkün istiqamətlərini müzakirə edən rektorlar əməkdaşlıqla bağlı ilkin şifahi razılıq əldə ediblər.

Qeyd edək ki, Latviyanın paytaxtı Riqa şəhərində yerləşən Latviya Universitetinin əsası 1919-cu ildə qoyulub. Bu ali təhsil ocağı universitet reytinq sıralamasında ən yaxşı 750 universitet arasında yer tutur.