MDU-da “Yaşıl dünyaya effektsiz baxış” mövzusunda təlim keçirilib

2024-cü ilin 02 aprelində Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin, Elm və İnnovasiyalar şöbəsinin birgə təşkilatçılığı ilə MDU-nun tələbə, məzun və əməkdaşları üçün “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünyaya effektsiz baxış” mövzusunda təlim keçirilib. Azərbaycan Fotoqraflar Birliyinin üzvü Şahin Məmmədli tərəfindən keçirilən təlimdə iştirakçılar foto sənətinin bir çox sirlərini öyrənmək imkanı əldə ediblər.

Fotoqraf iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə  2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar foto müsabiqənmin keciriləcəyini bildirib. Ş.Məmmədli milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinin qarşısının alınmasına diqqət çəkmək və proseslərə gənclərin daha fəal cəlb edilməsini təşviq etmək məqsədilə gənclərin gözü ilə məsələyə yanaşmanın özəlliklərindən danışıb və bu istiqamətdə MDU tələbələrini fəal olmağa dəvət edib.

Sonda Ş.Məmmədli iştirakçıları maraqlandıran sualları cavablandırıb.